Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) Liqa mərhələsinin 2-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutacaq.
Matçlardan ikisinə Bakı vaxtı ilə 20:45-də, digərlərinə isə 23:00-da start veriləcək.
Günün maraqla gözlənilən dueli İspaniyada baş tutacaq. La Liqanın sonuncu qalibi “Barselona” evdə Fransa nəhəngi PSJ ilə üz-üzə gələcək.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsinin 2-ci turunun digər 9 görüşü ötən gün keçirilib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
1 oktyabr
20:45. Qarabağ (Azərbaycan) – Kopenhagen (Danimarka)
20:45. Yunion (Belçika) – Nyukasl (İngiltərə)
23:00. Barselona (İspaniya) – PSJ (Fransa)
23:00. Monako (Fransa) – Mançester Siti (İngiltərə)
23:00. Borussiya (Dortmund, Almaniya) – Atletik (İspaniya)
23:00. Napoli (İtaliya) – Sportinq (Portuqaliya)
23:00. Vilyarreal (İspaniya) – Yuventus (İtaliya)
23:00. Arsenal (İngiltərə) – Olimpiakos (Yunanıstan)
23:00. Bayer (Almaniya) – PSV (Niderland)


