19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) 5-6 oktyabrda Bakıda təlim-məşq toplanışında olacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, komandamız oktyabrın 6-dan 12-nə qədər də Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışı keçəcək.
U-19 millimiz Daşkənd toplanışı zamanı oktyabrın 9-da və 12-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Azərbaycan millisinə dəvət edilmiş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:
- Həbib Hüşənov – Qəbələ
- Ayxan Abbaszadə – Turan Tovuz
- Məhəmmədəli Məmmədov – Turan Tovuz
- Rəşad Alışov – Qarabağ
- Tuncay Əhmədov – Marset (İspaniya)
- Cavid Məlikov – Qarabağ
- Məsud Əlişanlı – Qarabağ
- Seydi Danzıyev – Sabah
- Vüsal Paşayev – Sumqayıt
- Həzrət Səmədov – Sabah
- Əli Qazibəyov – Qarabağ
- Eltun Babazadə – Qarabağ
- Şahismayıl Cəfərov – Qarabağ
- Mehdi Mütəllimli – Qarabağ
- Anar Hüseynov – Sabah
- Murad Məmmədov – Qarabağ
- Ziya Şəkərxanov – Qəbələ
- Əhməd Vəliyev – Qarabağ
- Əhliman Süleymanzadə – Zirə
- Əliəkbər Rzazadə – Qarabağ
- Rauf Qafarov – Zirə
- Nihad Orucəli – Sumqayıt
- Ömər Nəsibov – Neftçi


