U-19 millimizdən Özbəkistan yığması ilə heç-heçə

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gün ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilmiş görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama görüşü oktyabrın 12-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: