U-19 millimiz Özbəkistana ikinci oyunda uduzdu

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gün ikinci yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, U-19 millimiz növbəti dəfə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilmiş görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 16-cı dəqiqədə Şahismayıl Cəfərov vurub.

Xatırladaq ki, bu komandalar arasında oktyabrın 9-da keçirilmiş ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: