19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 13-cü qrupda yer almış milli komandamız ikinci sınağında Şimali İrlandiya yığması ilə qarşılaşıb.
Maltanın Ta Qali şəhərindəki “Sentenari” stadionunda baş tutmuş qarşılaşmanı qazaxıstanlı referi Sayat Karabayev idarə edib. Görüşün taleyini bir qol həll edib. Millimiz yekunda 0:1 hesablı məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Elxan Abdullayevin baş məşqçisi olduğu U-19 millimiz seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu – 1:6.
Komandamız qrupdakı son oyununda meydan sahibi Malta yığmasıyla qarşılaşacaq. Noyabrın 18-də eyni məkanda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
Avropa çempionatının seçmə mərhələsi
13-cü qrup
15 noyabr
Şimali İrlandiya – Azərbaycan 1:0
Baş hakim: Sayat Karabayev (Qazaxıstan).
Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta).
Dördüncü hakim: Ezekiel Barbara (Malta).
Ta Qali. “Sentenari” stadionu. Saat 17:30.


