Şahruddin Məhəmmədəliyev 2-3 ay oynamayacaq

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev təxminən 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Ətraflı müayinələrdən sonra məlum olub ki, Azərbaycan milli komandasının düşərgəsində zədələnmiş qapıçının durumu ciddidir. Onun sol bud çanağında zədə var. Artıq milli üzvünün müalicəsinə start verilib.

“Qarabağ”ın digər futbolçuları – Elvin Cəfərquliyev və Toral Bayramov isə bu gündən komanda ilə məşqlərə başlayıblar.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa ilə keçirilmiş oyunda zədələnib və ikinci hissədə meydana çıxa bilməyib. Fransa ilə görüşdən əvvəl “Qarabağ”ın müdafiəçisi Toral Bayramov da zədə səbəbindən millidən kənarlaşdırılmışdı. Elvin Cəfərquliyev isə yüksək hərarət səbəbindən millinin heyətindən çıxarılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: