Yusif İmanov “Kəpəz”də – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Yusif İmanov bundan sonra “Kəpəz” klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, “sarı-göylər” İmanovu heyətə qatıblar. 23 yaşlı qolkiperlə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Qeyd edək ki, İmanov bu ilin avqust ayında “Sabah”dan ayrılaraq Kosovonun “Malişeva” klubu ilə sözləşmə imzalamışdı. Amma görünür millimizin üzvünə Kosovo klubunda möhkəmlənmək qismət olmayıb.

Yusif İmanov “Sabah”ın yetirməsidir. O, paytaxt klubunun əsas komandasının heyətində 94 oyun keçirib, 103 qol buraxıb, 37 matçda qapısını toxunulmaz saxlayıb. Yusif “Sabah”la müqaviləsinə bu yay birtərəfli qaydada xitam vermiş və özünə yeni klub axtarışına çıxmışdı.

Azərbaycanın U-21 yığmasında da oynamış İmanov əsas millimizdə 1 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: