Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turuna start verilib.
Arena.az xəbər verir ki, turun açılış oyununda “Kəpəz” “Zirə”ni qəbul edib.
Ötən tur “Karvan”ı yenməkə “zirzəmi”dən canını xilas etmiş Gəncə təmsilçisi bu uğurun davamını gətirmək istəyirdi. Özü də gəncəlilər “Zirə”ni də məhz “Karvan”ı yendikləri Yevlax şəhər stadionunda qəbul ediblər. Amma turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış zirəlilər 4 oyun idi məğlubiyyət tanımırdılar. Rəşad Sadıqovun kollektivi bu oyunlarda 3 qələbə qazanıb, 1 heç-heçə etmişdi. Elə “Kəpəz”lə görüşdə də qələbəni məhz qonaqlar bayram ediblər. Zirəlilər hər iki qolu ikinci hissədə “Kəpəz”in qapısından keçiriblər.
Premyer Liqa
13-cü tur
28 noyabr
“Kəpəz” – “Zirə” 0:2
Qollar: Leroy Mikels, 61. İssa Cibrilla, 84.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax şəhər stadionu, 14:00.
Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 53. Şahmar Aşurov, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 10. Ryonosuke Ohori, 38. Cefferson Bento.
Ehtiyat oyunçular: 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 14. Adama Fofana, 55. Kresus Donqo, 6. Pedro Qomes.
Baş məşqçi: Azər Bağırov.
Zirə: 97. Tyaqo Silva, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 4. Ruan Renato (k), 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.


