Liqa 1: “Nitsa” və “Renn”dən qələbə

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 6-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Renn” – “Oser” matçında meydan sahibləri darmadağına seviniblər. “Nitsa” – “Strasburq” matçı da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Trua” isə Marsel “Olimpik”i ilə ev oyununda məğlubiyyətə üzülüb.

Beləliklə, geridə qalmış 6 turdan sonra 14 xala malik “Monako” vahid liderdir. “Lill” və “Renn” 13 xal toplayıblar. Lion “Olimpik”i, “Paris” və PSJ-nin isə 11 xalı var.

Fransa, Liqa 1
6-cı tur
9 oktyabr

Lans – Olimpik (Lion) 2:1

10 oktyabr

Lill – Havr 1:0
Brest – Anje 5:1
Loryan – Paris 1:0
Monako – Tuluza 2:2
PSJ – Le Man 3:1

11 oktyabr

Nitsa – Strasburq 2:1
Renn – Oser 4:1
Trua – Olimpik (Marsel) 0:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: