Cəlal Hüseynov “Farul”la matçda ehtiyatda qaldı

Azərbaycanlı müdafiəçi Cəlal Hüseynov Rumıniyanın “Petrolul” komandasının bu gün keçirdiyi növbəti çempionat matçında şans qazanmayıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Rumıniya çempionatının 2026/2027-ci illər mövsümünün 11-ci turu çərçivəsində “Farul” (Konstanta) ilə qarşılaşıb.

“Petrolul” səfər oyunundan 1:3 hesablı məğlubiyyətlə ayrılıb. Cəlal görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Xatırladaq ki, azərbaycanlı müdafiəçi bu ilin yayında “Petrolul”a azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb. O, sözügedən komandanın heyətində 8 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Petrolul” 11 oyuna topladığı 19 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Futbolçumuzun komandası 11 oyunda 6 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

“Zirə”nin yetirməsi olan Cəlal Hüseynov 2023-cü ilin iyun ayında Bolqarıstanın “Arda” klubuna keçib. Azərbaycanlı futbolçu bu komandada 87 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, 2025-ci ilin yayında yenidən Bolqarıstan klubuna qayıtmışdı.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 12 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: