Azərbaycanın U-21 millisinin cinah hücumçusu Murad Məmmədov Kiprin “Pafos” komandasının növbəti çempionat matçını da buraxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Cənubi Kipr Liqasının 2026/2027-ci illər mövsümünün 5-ci turu çərçivəsində “Anortosis”lə qarşılaşıb.
“Pafos” səfərdə baş tutmuş bu görüşdən qələbə ilə ayrılıb – 3:1. Hazırda zədəli olan Murad bu matçın iştirakçısı olmayıb. 20 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Məmmədovun komandası 5 turdan sonra 10 xalla 3-cü pillədə qərarlaşıb. “Pafos” 5 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Murad Məmmədov bu ilin yayında qoşulduğu “Pafos”un heyətində 3 rəsmi matçda forma geyinib, 1 qol vurub.
“Pafos” “Neftçi”nin yetirməsi olan 20 yaşlı azərbaycanlı futbolçunu 2026-cı ilin yayında azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.


