Premyer Liqa: “Liverpul” MS-yə 3 cavabsız qolla uduzdu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Hall Siti” – “Everton” matçında qalib müəyyənləşməyib. “Kristal Pelas” “Nottingem Forest”lə ev oyununda inamlı qələbəyə sevinib. “Liverpul” isə doğma meydanda “Mançester Siti”yə 3 cavabsız qolla məğlub olub.

6-cı tura oktyabrın 12-də keçiriləcək “Koventri Siti” – “Nyukasl” matçı ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
6-cı tur

10 oktyabr

Arsenal – Lids 2:1
Sanderlend – Brayton 0:2
İpsviç Taun – Fulhem 2:1
Çelsi – Bornmut 5:1
Aston Villa – Brentford 2:2
Mançester Yunayted – Tottenhem 1:1

11 oktyabr

Kristal Pelas – Nottingem Forest 3:1
Hall Siti – Everton 2:2
Liverpul – Mançester Siti 0:3

12 oktyabr

23:00. Koventri Siti – Nyukasl

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: