Haland: “İnanılmaz xarakter nümayiş etdirdik”

“Mançester Siti”nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasının 6-cı turunda “Liverpul”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşü Mançester təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Erlinq Haland matçdan sonra jurnalistlərə açıqlama verib. Norveçli futbolçu komandasının mübarizəsindən qürur duyduğunu bildirib:

“Mançester Siti” ilə əlaqəsi olan hər kəs və azarkeşlər üçün bu, uzun müddət xatırlayacağımız xüsusi bir andır. Çətinliklərlə üzləşdik, mübarizə ağır keçdi, amma həm müdafiədə, həm də hücumda inanılmaz xarakter nümayiş etdirdik. Bütün komandamızla qürur duyuram”.

Qeyd edək ki, “Mançester Siti” cari mövsümdə keçirdiyi 6 oyunun hamısından qalib ayrılıb. “Şəhərlilər” 18 xalla yarış cədvəlinin vahid lideridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: