Futbol üzrə Kolumbiya milli komandasının sabiq hücumçusu Radamel Falkao yarım illik fasilədən sonra yenidən futbola qayıdıb.
Arena.az xəbər verir ki, 39 yaşlı forvard Kolumbiyanın “Milyonarios” klubu ilə anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləyə imza atıblar.
Xatırladaq ki, Falkao 2024-cü ilin yayında Türkiyənin “Qalatasaray” klubundan ayrılandan bəri məhz “Milyonarios”da çıxış edirdi. Lakin o, 2025-ci ilin yayında sözügedən klubdan ayrılandan bəri azad agent idi. Təcrübəli forvard Kolumbiya komandasının heyətində meydana çıxdığı 29 oyunda 11 qol vurub.
Radamel Falkao karyerası ərzində “Rayo Valyekano” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Monako” (Fransa), “Çelsi”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Atletiko” (Madrid, İspaniya), “Portu” (Portuqaliya) və “River Pleyt” (Argentina) kimi klublarda da oynayıb.
Kolumbiyanın U-17 və U-20 yığmalarında da çıxış etmiş Falkao 2007-ci ildə əsas millidə debüt edib. O, ölkəsinin yığmasında keçirdiyi 107 oyunda 36 qol vurub, 4 assist müəllifi olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 100 min avro məbləğində qiymətləndirir.



