“Trabzonspor” Nvaivu Çibuike ilə gücləndi

Futbol üzrə Türkiyə Super Liqasında çempionluq uğrunda mübarizə aparan “Trabzonspor” heyətini yeni müdafiəçi ilə gücləndirib.

Arena.az xəbər verir ki, Trabzon təmsilçisi Avstriyanın “Volfsberger” klubundan Nvaivu Çibuikeni transfer edib.

22 yaşlı nigeriyalı müdafiəçi ilə 4,5 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Trabzonspor” bu keçid üçün qarşı tərəfə ümumilikdə 5,5 milyon avro təzminat ödəyib.

Nvaivu Çibuike Nigeriyada “Hartlend” və “Enyimba” klublarının şərəfini qoruyub. O, 2024-cü ildən “Volfsberger”də çıxış edirdi. Mərkəz müdafiəçisi Avstriya təmsilçisinin heyətində bötövlükdə 45 oyun keçirib, 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə 16 matça çıxıb və 1 qol vurub.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: