Çimərlik futbolu millimiz Belarusa məğlub oldu

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, komandamız Belarus millisi ilə qarşılaşıb.

Su İdmanı Sarayında təşkil olunmuş görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu Ramil Əliyev vurub.

Xatırladaq ki, çimərlik futbolu yığmamız Bakıdakı hazırlıq prosesi çərçivəsində Belarus milli komandası ilə daha bir yoxlama oyunu keçirəcək.

Bu toplanış üçün millimizə dəvət edilmiş oyunçuların adlarını diqqətinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

Xəbəri sosial şəbəkələrdə paylaş: