Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun hər iki görüşü “Olimpik Star”da baş tutub.
Əvvəlcə “Şuşa” “Neftçi” İK ilə üz-üzə gəlib. Lider “Neftçi” “Şuşa”nın qapısından 28 cavabsız top keçirib. Bu, cari mövsümdə qeydə alınan ən böyükhesablı qələbədir. Çempionatın bombardiri Allef Mayolli və komanda yoldaşı Leonildo Rodriqes hərəyə 6 dəfə rəqib qapısına yol tapıblar.
Günün digər oyunu U-19 millimizlə “Baku Fire” arasında baş tutub. “Baku Fire” gənclər yığmamızdan güclü olub.
Son çempion “Araz-Naxçıvan” isə meydana çıxmadan 3 xal qazanıb. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılıb.
Yüksək Liqa
18-ci tur
30 aprel
Şuşa – Neftçi İK 0:28
Hakimlər: Hidayət Feyzullayev, Ramil Namazov, Hikmət Qafarlı.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 14:30.
U-19 – Baku Fire 3:10
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 16:30.
Xallar: Neftçi İK – 49. Araz-Naxçıvan – 46. Baku Fire – 35. Şuşa – 18. U-19 – 12. Lənkəran – 0.
Bombardirlər: Allef Mayolli (“Neftçi” İK) – 35. Yaqo Henrike (“Neftçi” İK) – 26. Sadeq Caviditavar (“Şuşa”), Ədalət Ələkbərov (“Araz-Naxçıvan”) – 23 qol.


