Sezar Meza Kolli: “O, məndən komandada qalmağımı xahiş etdi”

“Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli Azərbaycan kubokunun qalibi olmaları, eləcə də gələcək planları barədə danışıb.

Arena.az xəbər verir ki, o, “cronica.com” saytına açıqlamasında bunları söyləyib:

“Yarımfinalın ilk oyununda evdə “Zirə”yə 1:2 hesabı ilə uduzduq. Cavab matçında da 0:1 hesabı ilə geridə idik. Finala yüksəlmək üçün 3 qol vurmalı idik. Xoşbəxtlikdən, görüş mənim üçün yaxşı alındı. Het-trik etdim və komandamız həlledici qarşılaşmaya vəsiqə qazandı.

Bu titul məni çox sevindirir. Fikrimcə, həm klub, həm də mənim üçün böyük uğurdur. Asan olmadı. Komanda yoldaşlarıma, klubun prezidentinə və bütün işçilərinə minnətdaram”.

“Keşlə” ilə müqaviləsinin müddəti başa çatan 30 yaşlı oyunçu artıq klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşdüyünü söyləyib: “Onunla çox yaxşı münasibətlərimiz var, ata-oğul kimiyik. Məndən komandada qalmağımı xahiş etdi. Mən isə dedim ki, hələlik qələbənin dadını çıxarmaq istəyirəm. Bundan sonra təkliflər barədə ağıllı qərar verəcəyəm”.

Qeyd edək ki, Sezar Meza Kollinin “Neftçi”yə transferi gündəmdədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: