Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, komandamız növbəti dəfə Qazaxıstan yığması ilə qarşılaşıb.
Bu gün Su İdmanı Sarayında təşkil edilmiş görüş millimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində Ramil Əliyev dubla imza atıb. Digər qolu isə Sahib Məmmədov vurub.
Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk oyunda da millimiz 6:4 hesablı qələbə qazanmışdı.


