Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün sonuncu – 36-cı turu çərçivəsində “Teuta” ilə qarşılaşıb.
“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3. Əliyev görüşə start heyətdə başlasa da, fasilədə əvəzlənib.
“Eqnatiya” 36 oyunda topladığı 57 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü yeri tutub. Bürünc medal qazanmış sözügedən komanda 36 oyunda 16 qələbə qazanıb, 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçinin “Eqnatiya” ilə 2027-ci ilin 30 oyununadək müqaviləsi mövcuddur. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 72 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.


