Mayın 18-də keçiriləcək “Neftçi” İK – “Araz-Naxçıvan” oyunu ilə 32-ci Azərbaycan çempionatına (Yüksək Liqa) yekun vurulacaq.
Arena.az xəbər verir ki, “Neftçi” İK qalib gəlməkə ilk çempionluq sevincini yaşaya bilər.
“Araz-Naxçıvan” qalib gləcəyi halda isə sayca 20-ci çempionluğunu qeyd edəcək.
1993-cü ildən başlayaraq hər il təşkil edilən Azərbaycan çempionatı yalnız 2020/2021-ci illər mövsümündə pandemiya ilə əlaqədar keçirilməyib. Həmin il İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edib. Ümumiyyətlə, “Araz-Naxçıvan” 19 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. “Azərneftyanacaq” 2 dəfə bu sevinci yaşayıb. İlk çempion isə “Nicat” olub. “Azadə” və “Tribut” da hərəyə bir dəfə çempion olublar. “Araz-Naxçıvan” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Xazar İslands” qırıb.
Yüksək Liqa
20-ci tur
18 may
Neftçi İK – Araz-Naxçıvan
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov.
Ehtiyat hakim: Hidayət Feyzullayev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 19:00.
Xallar: Neftçi İK – 52. Araz-Naxçıvan – 49. Baku Fire – 38. Şuşa – 21. U-19 – 15. Lənkəran – 0.
| Mövsüm | I yer | II yer | III yer |
| 1993 | Nicat (Bakı) | Avtomobilçi (Bakı) | İnşaatçı (Sabirabad) |
| 1994/95 | Azadə | Avtomobilçi | Neftçi |
| 1995/96 | Avtomobilçi | Neftçi | Azərneftyanacaq |
| 1996/97 | Avtomobilçi | Neftçi | Azərneftyanacaq |
| 1997/98 | Avtomobilçi | Nabspor | Avanqard |
| 1998/99 | Azərneftyanacaq | Avtomobilçi | Nabspor |
| 1999/00 | Azərneftyanacaq | Turan AİR | Anqlo Oil |
| 2000/01 | Turan AİR | Azərneftyanacaq | Anqlo Oil |
| 2001/02 | Turan AİR | Tribut | Viləş |
| 2002/03 | Tribut | Gömrükçü | Turan AİR |
| 2003/04 | Turan AİR | Qafqaz Universiteti | Gömrükçü |
| 2004/05 | Araz-Naxçıvan | Refarma | Asfarma |
| 2005/06 | Araz-Naxçıvan | Azfen | Asfarma |
| 2006/07 | Araz-Naxçıvan | Miri-Qrand | STAR GSM |
| 2007/08 | Araz-Naxçıvan | Qarabağ veteranları | Sumqayıt |
| 2008/09 | Araz-Naxçıvan | Neftçi İSM | Azmetko |
| 2009/10 | Araz-Naxçıvan | Neftçi İSM | EKOL |
| 2010/11 | Araz-Naxçıvan | Neftçi İSM | EKOL |
| 2011/12 | Araz-Naxçıvan | Neftçi İSM | EKOL |
| 2012/13 | Araz-Naxçıvan | EKOL | Neftçi İSM |
| 2013/14 | Araz-Naxçıvan | Neftçi İSM | Fener |
| 2014/15 | Khazar İslands | Fener | Araz-Naxçıvan |
| 2015/16 | Araz-Naxçıvan | EKOL | Neftçi İK |
| 2016/17 | Araz-Naxçıvan | Neftçi İK | EKOL |
| 2017/18 | Araz-Naxçıvan | Marafon Futsal | EKOL |
| 2018/19 | Araz-Naxçıvan | Xəzər Cənub | EKOL |
| 2019/20 | Araz-Naxçıvan | Marafon Futsal | EKOL |
| 2020/21 | Pandemiya ilə əlaqədar çempionat keçirilməyib. İK-nın qərarı ilə ölkəmizi UEFA Çempionlar Liqasında Araz-Naxçıvan təmsil edib. | ||
| 2021/22 | Araz-Naxçıvan | EKOL | Neftçi İK |
| 2022/23 | Araz-Naxçıvan | Neftçi İK | Baku Fire |
| 2023/24 | Araz-Naxçıvan | Baku Fire | Neftçi İK |
| 2024/25 | Araz-Naxçıvan | Baku Fire | Neftçi İK |


