Birinci Liqa: “Şəfa” çempion oldu, Premyer Liqaya yüksəldi!

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma baş tutub.

Lider “Şəfa” “Cəbrayıl”ı qəbul edib. “Şəfa” bu oyunda qalib gələcəyi, yaxud ən yaxın izləyicisi “Səbail” xal itirəcəyi təqdirdə sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Hər iki ehtimal özünü doğrultduğu üçün “Şəfa” həm çempion olub, həm də Premyer Liqaya vəsiqəni təmin edib.

Günün digər oyunlarında “Mingəçevir” MOİK-ə, “Baku Sportinq” isə “Zaqatala”ya qalib gəlib.

Birinci Liqa
26-cı tur
14 may

“Şimal” – “Difai” 0:1
Qol: Vorren Lloyd Ondo, 80.
Hakimlər: Rauf Cabbarov, Rasim Axundov, Zakir Şükürzadə, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 17:00.

15 may

“Mingəçevir” – MOİK 3:1
Qollar: Fuad Bayramov, 17. Abba Usman, 42. Kennet Kalunqa, 45+3 – Kvame Akuqe, 67.
Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Rəşad Qliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança). 17:00.

“Səbail” – “Şahdağ Qusar” 0:0
Hakimlər: Əliyar Ağayev, Sənan Atayev, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bayıl Arena”. 17:00.

“Baku Sportinq” – “Zaqatala” 3:0
Qollar: Ceyhun Muxtarlı, 62. İlkin Muradov, 66. Xəlil Bəşirov, 77.
Hakimlər: Maqsud Şamıyev, Zöhrab Abbasov, Kərim Zeynalov, Nicat İsmayıllı.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Buzovna qəsəbə stadionu. 17:00.

“Şəfa” – “Cəbrayıl” 1:0
Qol: Emin Zamanov, 4.
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu. 17:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: