Kaplanoviç: “Komandam haqda mənfi söz deyə bilmərəm”

“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü “Sumqayıt”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Veliçko Kaplanoviç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Zirə”ni qələbə münasibətilə təbrik edirəm. Bu gün meydana gənc oyunçularla çıxdıq və bu matç uşaqlar üçün böyük bir məktəb oldu. Təbii ki, xal da qazana bilərdik, amma təəssüf ki, alınmadı. Hesab edirəm ki, komanda bu gün öz maksimumunu etdi. Komandam haqqında heç bir mənfi söz deyə bilmərəm, çünki uşaqlar meydanda bütün potensiallarını ortaya qoydular”.

Serbiyalı mütəxəssis turnir cədvəlindəki mövqelərinin önəmini və son turla bağlı hədəflərini də açıqlayıb:

“Çempionatı 6-cı, yaxud 7-ci yerdə başa vurmaq heç də eyni deyil. Qarşıdakı matç mövsümün son oyunu olsa belə, bizim üçün çox vacibdir. Son oyunumuz “Qarabağ”a qarşı Sumqayıtda olacaq. Maksimum performansımızı ortaya qoymağa çalışacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: