AFFA bu oyuna görə hər iki komandaya texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqada mövsümün sonuncu – 27-cu turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 27-ci tur

“Kür-Araz” – “Araz Saatlı” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Kür-Araz” 100 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Kür-Araz” 200 manat cərimə edilib. Oyunun 90+2-ci dəqiqəsində “Kür-Araz”ın azarkeşləri meydançaya düşərək rəqib futbolçulara fiziki təzyiq göstərdiyinə görə “Kür-Araz”ın növbəti mövsümdə ilk 5 ev oyunu azarkeşsiz keçiriləcək. Təhlükəsizlik tam təmin edilmədiyinə görə “Kür-Araz”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Oyunun 90+1-ci dəqiqəsində “Araz Saatlı” meydanı özbaşına tərk etdiyinə görə bu komandaya da 0:3 hesablı texniki məğlubiyyət verilib. “Araz Saatlı” buna görə 2000 manat cərimə edilib. Oyunun 90+1-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu Eltun Həsənli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibə qeyri-etik jestlər etdiyinə görə bütün turnirlər daxil olmaqla 8 oyunluq cəza alıb. “Kür-Araz” buna görə 1000 manat cərimə edilib. Oyunun 90+1-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu Nihat Paşayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəza alıb. “Kür-Araz” buna görə 300 manat cərimə edilib. Oyunun 90+1-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu Nicat Quliyev rəqib futbolçuya zərbə endirdiyinə görə 5 oyunluq cəza alıb. “Kür-Araz” buna görə 300 manat cərimə edilib. Oyunun 90+1-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu İbrahim Əliyev rəqib futbolçuya zərbə endirdiyinə görə 5 oyunluq cəza alıb. “Kür-Araz” buna görə 300 manat cərimə edilib. Oyunun 90+3-cü dəqiqəsində “Kür-Araz”ın futbolçusu Museyib Vəlizadə rəqib futbolçuya zərbə endirdiyinə görə 5 oyunluq cəza alıb. “Kür-Araz” buna görə də 300 manat cərimə edilib. Oyunun 90+1-ci dəqiqəsində “Araz Saatlı”nın futbolçusu Ramiz Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün bütün turnirlər daxil olmaqla 8 oyunluq cəza alıb. “Araz Saatlı” buna görə 450 manat cərimə edilib. Oyunun 90+1-ci dəqiqəsində “Araz Saatlı”nın futbolçusu Rüstəm Rüstəmov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün bütün turnirlər daxil olmaqla 8 oyunluq cəza alıb. “Araz Saatlı” buna görə 450 manat cərimə edilib. Oyunun 90+2-ci dəqiqəsində “Araz Saatlı”nın təhlükəsizlik üzrə meneceri, cəzalı Xəyal Məmmədov meydançaya daxil olaraq rəqib futbolçulara qarşı fiziki güc tətbiq etdiyinə görə 8 oyunluq cəza alıb. “Araz Saatlı” buna görə 800 manat cərimə edilib. “Araz Saatlı”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün Saatlı komandası 70 manat cərimə edilib.

“Şirvan” – “Qaradağ Lökbatan” oyununda “Şirvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şirvan” 500 manat cərimə edilib.

“Quba” – “Dinamo” oyununda “Quba”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 67-ci dəqiqəsində “Dinamo”nun futbolçusu Elvin Cahangirli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Dinamo” buna görə 50 manat cərimə edilib.

“Şəmkir” – “Xankəndi” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Şəmkir” 200 manat cərimə edilib. Oyunun 49-cu dəqiqəsində “Xankəndi”nin futbolçusu Bəhruz Teymurov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Xankəndi” buna görə 300 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: