Premyer Liqada çıxış etmək uğrunda “Qəbələ” və “Mingəçevir” arasında keçiriləcək pley-off matçının proqramı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, həlledici görüş mayın 28-də Sumqayıtda baş tutacaq. Qarşılaşmaya saat 18:30-da start veriləcək.
Xatırladaq ki, “Qəbələ” Azərbaycan Premyer Liqasında 33 oyuna 27 xal toplayaraq 12 iştirakçı arasında 11-ci yeri tutub. Sözügedən komanda cari mövsümdə Birinci Liqanı ikinci sırada başa vurmuş “Mingəçevir”lə üz-üzə gələcək. Bir matçdan ibarət olan bu dueldə qələbə qazanacaq tərəf 2026/2027-ci illər mövsümündə Premyer Liqada çıxış etmək hüququ qazanacaq. Məğlub tərəf isə Birinci Liqada mübarizə aparacaq.
Premyer Liqaya vəsiqə uğrunda pley-off oyunu
28 may
“Qəbələ” – “Mingəçevir”
“Sumqayıt Arena”, 18:30.


