Emmanuel Addai “Qarabağ”a bu sözlərlə vida etdi

2025/2026 mövsümü bitən kimi “Qarabağ”dan ayrılmış Emmanuel Addai Ağdam klubu ilə bağlı sosial media hesabında paylaşım edib.

Arena.az xəbər verir ki, qanalı futbolçu paylaşımında bunları qeyd edib:

“Bu səhifə bağlanarkən, sadəcə olaraq hər şeyə görə “Qarabağ”a təşəkkür etmək istəyirəm. Azarkeşlərə, klub əməkdaşlarına, məşqçilərə və komanda yoldaşlarıma göstərdikləri dəstəyə, mənimlə qalacaq xatirələrə və yaşatdıqları təcrübələrə görə minnətdaram. Bu klubun bir parçası olmaq mənim üçün böyük şərəf idi. Burada keçirdiyim vaxta görə hər zaman minnədtar olacağam. Klubla əlaqəsi olan hər kəsə gələcəkdə davamlı uğurlar və xoşbəxtlik arzulayıram”.

Xatırladaq ki, “Qarabağ” bir neçə gün öncə müqaviləsinin müddəti başa çatmış Emmanuel Addai ilə yollarını ayırdığını açıqlayıb. 24 yaşlı futbolçu 2024-cü ilin avqust ayından Ağdam klubunun formasını geyinirdi. O, Azərbaycan təmsilçisinin heyətində bütövlükdə 88 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib. Addai “Qarabağ”la 2024/2025-ci illər mövsümündə Azərbaycan çempionu olub.

Addai daha öncə İspaniyanın “Alkorkon” klubunun, Fransanın “Bobiqni” komandasının da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: