Aleksandr Zubkov AEK-ə keçdi, “Trabzonspor” 4 milyon qazandı

Türkiyənin “Trabzonspor” klubunun ukraynalı cinah hücumçusu Aleksandr Zubkov Yunanıstanın AEK komandasına transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

“Trabzonspor” bu transferdən 4 milyon avro qazanacaq. Bundan başqa, 29 yaşlı vinger gələcəkdə başqa kluba satılarsa, məbləğin 10 faizi Trabzon təmsilçisinə ödəniləcək.

Aleksandr Zubkov 2025-ci ildən Trabzon təmsilçisində çıxış edirdi. Türkiyə klubu onu ötən ilin fevralında Donetsk “Şaxtyor”undan transfer etmişdi. Ukraynalı vinger Super Liqa klubunun heyətində 57 oyuna çıxıb, 12 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

“Şaxtyor”un yetirməsi olan Aleksandr Zubkov karyerası ərzində “Ferentsvaroş” və “Mariupol” klublarının da formasını geyinib. O, Ukrayna millisində 45 oyuna çıxıb, 3 qola imza atıb, 5 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: