Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” komandasının növbəti mövsümə hazırlıq planı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, yay təlim-məşq toplanışı iyulun 11-də Qəbələdə start götürəcək. Hazırlıq prosesi avqustun 4-nə qədər davam edəcək.
Komandanın hazırlıq zamanı 4 yoxlama oyunu keçirməyi planlaşdırılır. Amma rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcək.
Xatırladaq ki, “Şamaxı” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünü 38 xalla yarış cədvəlinin 8-ci sırasında bitirib. Komanda 33 oyunda 9 qələbə qazanıb, 11 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.
Əyalət təmsilçisi mövsüm bitən kimi baş məşqçi postunda Ayxan Abbasovu Azər Bağırovla əvəzləyib. 17 futbolçu ilə yollarını ayırmış klub 2 oyunçusu ilə də yeni müqavilə bağlayıb.


