“Keşlə”nin yarımmüdafiəçisi Vüsal İsgəndərli paytaxt klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib.
İsgəndərli “Keşlə” ilə müddəti bitən müqaviləsini yeniləməyib. O, azad agent statusu ilə başqa bir komandaya keçəcək. Yarımmüdafiəçinin karyerasını Türkiyədə davam etdirməsi gözlənilir.
Vüsal 2019-cu ilin yanvarından “Keşlə”nin uğurları üçün çalışırdı. Futbolçu daha öncə “Zirə”nin də formasını geyinib.


