“Turan Tovuz” Qızılcahamama gedir

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün bürünc mükafatçısı olan “Turan Tovuz”un yay hazırlıq planı bəlli olub.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, komanda iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.

Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək.

Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasında ötən mövsümü 59 xalla 3-cü pillədə başa vurub. Komanda keçirdiyi 33 oyunda 17 qələbə qazanıb, 8 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Tovuz təmsilçisi yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil etmək hüququ qazansa da, UEFA məlum səbəblərdən bu komandanı avrokuboklara buraxmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: