Edeqor Ballakla Belanovun nadir rekordunu təkrarladı

DÇ-2026-nın 1/16 final mərhələsində Kot-d’İvuar yığması ilə görüş Norveç milli komandasının yarımmüdafiəçisi Martin Edeqor üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, dünya çempionatları tarixində cəmi üçüncü futbolçu kimi ilk üç mundial oyununun hər birində məhsuldar ötürmə etməyi bacarıb.

27 yaşlı futbolçu Norveçin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə məhsuldar ötürmə müəllifi olub. Bununla da o, dünya çempionatındakı ilk üç oyununun hamısında assist edən futbolçular sırasına qoşulub.

Bu nailiyyətə Edeqordan əvvəl yalnız iki futbolçu imza atmışdı. Onlardan biri 1986-cı il dünya çempionatında SSRİ millisinin heyətində çıxış edən İqor Belanov, digəri isə 2002-ci il mundialında Almaniya millisinin liderlərindən olmuş Mixael Ballakdır.

Hazırda İngiltərənin “Arsenal” klubunun şərəfini qoruyan Edeqor karyerası ərzində İngiltərə çempionu və İngiltərə Super Kubokunun qalibi olub. Norveçli yarımmüdafiəçi daha əvvəl Norveç, İspaniya və Niderland çempionatlarında da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: