Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Zirə” bu gün turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində “Torpedo” ilə cavab oyununa çıxıb.
Arena.az xəbər verir ki, Gürcüstan komandası Azərbaycan təmsilçisini Kutaisidə qəbul edib.
Ramaz Şengeliya stadionunda baş tutmuş oyunu macarıstanlı hakimlər idarə ediblər. Oyunun baş hakimi Mihali Kapray olub.
“Qartallar” Kutaisi təmsilçisi ilə Sumqayıtdakı ilk oyundan 3:0 hesablı qələbə ilə ayrılmışdılar. Bu üzdən də Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda mərhələ adlamağa daha yaxın idi. Bunun üçün Bakı təmsilçisinə səfərdə böyük hesabla uduzmamaq da bəs edirdi. Amma bu dəfə də oxşar hesabla qalib gələn Zirənin eyniadlı klubu adını növbəti mərhələyə yazdırıb.
Onu da qeyd edək ki, “Zirə” növbəti raundda “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi bu dəfə ilk oyunu səfərdə keçirəcək.
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
16 iyul
Torpedo – Zirə 0:3
Qollar: Eren Aydın, 25; 70. Amin Seydiyev, 39.
Hakimlər: Mihali Kapray, İstvan Albert, Bense Belitsa, Marsel Derdak (Macarıstan).
Kutaisi. Ramaz Şengeliya stadionu.
Torpedo: 1. Oto Qoşadze, 4. Matey Şimiç, 7. Vladimer Mamuçaşvili (k), 9. Komnen Andriç, 11. Georgi Arabidze, 14. Felipe Pires, 15. Luka Kuprava, 20. Dino Skorup, 22. Dato Bukiya, 24. Luka Latsabidze, 33. Mateo Stamatov.
Ehtiyat oyunçular: 31. Filip Klayçiç, 38. Soşo Kopaliani, 5. Tsotne Nadaraya, 6. Məhəmməd Şerif, 8. Mateo İtrak, 29. Malxaji Çitaişvili, 30. Tornike Antiya, 35. Dieqo Deysadze, 36. Luka Pridonişvili, 39. Vircil Pinson.
Baş məşqçi: Dirk Şuster.
Zirə: 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 7. Eren Aydın, 9. Davit Volkov, 11. Martins Junior, 17. Vieyrinya, 21. Quima 32. Qismət Aliyev (k), 93. Brahim Konate.
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 99. Səlim Həşimov, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 10. Georgi Papunaşvili, 14. Elçin Əlicanov, 20. İssa Cibrilla, 22. Ayxan Hüseynov, 29. Diqbeu Krismael, 57. Yusif Hacıyev, 70. Namik Ələskərov, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.


