Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanda keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ikinci oyuna çıxıb.
Arena.az xəbər verir ki, Batumi şəhərində təşkil edilmiş B Liqasının B qrupunda yer almış millimiz Slovakiya yığması ilə qarşılaşıb.
Batumi çimərlik meydançasında baş tutmuş görüş milli komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində qolları Elçin Qasımov, Kamran Qürbətov, Ramil Əliyev və Orxan Məmmədov vurublar.
Qrupdakı ilk oyunda İngiltərə yığma komandasını 8:3 hesabı ilə məğlub etmiş Azərbaycan millisi üçüncü matçını iyulun 17-də Latviya seçməsinə qarşı keçirəcək.


