Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün bürünc mükafatçısı “Turan Tovuz” Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, bölgə təmsilçisi bu gün İranın 21 yaşlılardan ibarət yığma komandası (U-21) ilə üz-üzə gəlib.
Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Turan Tovuz”un yeganə qoluna Sadiq Şəfiyev imza atıb.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün bürünc mükafatçısı olan “Turan Tovuz” Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşü keçirəcək. Digər rəqiblərin kimliyi və oyunların tarixləri hələ bəlli deyil.
Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasında ötən mövsümü 59 xalla 3-cü pillədə başa vurub. Kurban Berdıyevin rəhbərlik etdiyi komanda keçirdiyi 33 oyunda 17 qələbə qazanıb, 8 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.


