“Sumqayıt”la Benin milli komandasının futbolçusu Abdul Raşid Mumini arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Klub 21 yaşlı cinah oyunçusuna komandaya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Sağ cinah müdafiəçisi olan Abdul Raşid Mumini 2025-ci ilin yayından “Sumqayıt”ın uğurları üçün çalışırdı. 21 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 20 oyuna 2 qol ötürməsi ilə yadda qalıb.
Mumini “Sumqayıt”dan öncə yalnız yetirməsi olduğu Beninin “Ayema” klubunun heyətində forma geyinib.
Cinah oyunçusu 2023-cü ilin iyun ayında debüt etdiyi Benin yığma komandasının heyətində 21 oyuna çıxıb. O, həmin matçlrda 1 qol və 2 assistlə yadda qalıb.
“Sumqayıt” daha öncə Aleksandr Ramalinqom, Rayan Senhadji, Sənan Muradlı və Mehdi Cənnətovla da yollarını ayırmışdı. Emil Mustafayevlə yeni müqavilə bağlamış klub hələlik Xeymes Almeydanı transfer edib.


