Bu gün “Sumqayıt”la yollarını ayırmış Benin milli komandasının futbolçusu Abdul Raşid Mumini bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Əyalət klubu 21 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, sağ cinah müdafiəçisi olan Abdul Raşid Mumini 2025-ci ilin yayından “Sumqayıt”ın uğurları üçün çalışırdı. 21 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 20 oyuna 2 qol ötürməsi ilə yadda qalıb.
Mumini “Sumqayıt”dan öncə yalnız yetirməsi olduğu Beninin “Ayema” klubunun heyətində forma geyinib.
Cinah oyunçusu 2023-cü ilin iyun ayında debüt etdiyi Benin yığma komandasının heyətində 21 oyuna çıxıb. O, həmin matçlrda 1 qol və 2 assistlə yadda qalıb.
“Şamaxı” daha öncə Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev, Emil Süleymanov, Nicat Qaragözlü, Jota, Rui Paçeko, Tornike Axvlediani və David Deqonu da heyətinə qatmışdı. Abdulla Seydəhmədov və Həbib İsmayılovla yeni müqavilə imzalanıb. Alfons Msanqa, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau ilə də yollarını ayırıb.


