Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Nova Star” klubunun yamaykalı hücumçusu Dameyn Smit bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Dameyn Smitlə güclənib. Yamaykadan olan 20 yaşlı vingerlə 5 illik müqavilə bağlanıb. Transferin digər detalları açıqlanmayıb.
Qeyd edək ki, Dameyn Smit daha əvvəl ölkəsinin “Rasinq Yunayted” klubunda da çıxış edib. O, 2025-ci ilin sentyabrından BƏƏ klubunda forma geyinirdi.
“Zirə” bu yay Amin Seydiyev, Maykon Kleyton, Ayxan Hüseynov, Vieyrinya, Hüseynəli Quliyev və Krismael Diqbeunu da heyətinə qatmışdı. Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə yeni müqavilə imzzalanıb. Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov və Fuad Bayramov isə komandanı tərk ediblər.


