Ryonosuke Ohori “Neftçi”ni Serbiya klubuna dəyişdi

“Neftçi”nin yaponiyalı mərkəz yarımmüdafiəçisi, ötən mövsümü “Kəpəz”də icarədə keçirmiş Ryonosuke Ohori Azərbaycan klublarından ayrılıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonrakı karyerasını Serbiyada davam etdirəcək.

Ohori bu ölkənin “Radnik” klubuna keçib. Tərəflər 3 illik (2029-cu ilin 30 iyununa qədər) müqaviləyə imza atıblar.

Ohori 2025-ci ilin yanvar ayında “Neftçi”yə transfer olunmuşdu. O, paytaxt klubunun heyətində cəmi 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Yapon futbolçu ötən mövsüm də “Kəpəz”də icarədə keçirib. O, Gəncə təmsilçisinin heyətində 27 oyuna çıxıb, 4 qola imza atıb.

Ryonosuke Ohori karyerası ərzində “Transinvest”, “Hiroşima”, “Portimonense”, “Dauqavpils”, “Qyeonqnam” kimi klubların da şərəfini qoruyub, həmçinin Yaponiyanın U-17 yığmasında çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: