Azərbaycanın qadın futbolçulardan ibarət “Neftçi” komandası bu gün UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində final oyununa çıxıb.
Arena.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gəliblər.
Yarımfinalda Monteneqronun “Buduçnost” kollektivini üstələmiş Azərbaycan təmsilçisi ilə “Hapoel”ə (Yerusəlim, İsrail) qalib gəlmiş PAOK-un dueli Bakı klubunun məğlubiyyəti ilə yekunlaşıb. Yunanıstanın Veriya şəhərində təşkil olunmuş oyunda PAOK 3:0 hesablı qələbəyə sevinib. Nəticədə sözügedən komanda ÇL-in 2-ci təsnifat mərhələsinə yüksəlib. Azərbaycan çempionu isə mübarizəni dayandırıb.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
25 iyul
PAOK – “Neftçi” 3:0
Baş hakim: Oksana Kruk (Moldova).
Baş hakimin köməkçiləri: Valentina Zop (Moldova), Luis Akosta (Andorra).
Dördüncü hakim: Marta San Xuan (Andorra).
Veria Munisipal stadionu.


