2026/2027-ci illər mövsümünə hazırlığı davam etdirən “Sumqayıt” və “Kəpəz” komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, sözügedən komandaların görüşü Qəbələ şəhər stadionunda baş tutub.
Tərəlflər bu matçda qalibi müəyyənləşdirə bilməyiblər. Görüş qolsuz yekunlaşıb – 0:0.
Xatırladaq ki, “Sumqayıt” yay təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda “Qəbələ” ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı. “Kəpəz” isə “Şamaxı” ilə qolsuz heç-heçə (0:0) etmiş, “Qəbələ”yə 1:2 hesabıyla məğlub olmuşdu.
Sumqayıtın eyniadlı təmsilçisini Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün ilk turunda “Neftçi” ilə ev oyunu gözləyir. Gəncə təmsilçisi isə yeni mövsümə son çempion “Sabah”a qarşı keçirəcəyi ev oyunu ilə start verəcək.


