Çimərlik futbolu: Millimizin qazaxlarla matçında 11 qol

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşündə qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, millimiz Qazaxıstan yığması ilə qarşılaşıb.

Oyun komandamızın 7:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sahib Məmmədov 5 qol vurub. Orxan Məmmədov və Mirmövsüm Caniyev isə hərəyə bir dəfə fərqləniblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: