Rüstəm Məmmədov 9 il sonra “Zaqatala”dan getdi

Azərbaycan Birinci Liqasında mübarizə aparan “Zaqatala” 2026/2027-ci illər mövsümü ərəfəsində baş məşqçisi Rüstəm Məmmədov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə vurğulanır ki, Məmmədovla müddəti bu yay bitmiş müqaviləni yeniləməyə ehtiyac duyulmayıb. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Rüstəm Məmmədov 9 il idi “Zaqatala”ya rəhbərlik edirdi. Bu müddətdə komanda onun rəhbərliyi altında Birinci Liqada bir dəfə gümüş, bir dəfə bürünc medal qazanıb. Komanda həmçinin Heydər Əliyev Kubokunun bürünc mükafatçısı da olub.

Zaqatalanın eyniadlı təmsilçisi ötən mövsüm Birinci Liqada 28 oyuna topladığı 28 xalla 10 iştirakçı arasında 7-ci yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: