Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə hazırlaşan “Sumqayıt” və “İmişli” yoxlama oyununda üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı görüş Qəbələ şəhər stadionunun köməkçi meydanında keçirilib.
Qarşılaşma İmişli kollektivinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın qollarına Seyxan Fərəcov, Vüsal Qənbərov, Xəlil Mürsəlli və Dioqo Almeyda imza atıblar. Sumqayıtlıların yeganə qolunu isə Səbuhi Abdullazadə vurub.
Xatırladaq edək ki, “Sumqayıt” buna qədər keçirdiyi sınaq matçlarında “Qəbələ” (1:1) və “Kəpəz”lə (0:0) heç-heçə etmişdi. “Şamaxı” ilə görüş isə bu komandanın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
“İmişli” də “Şəfa” (2:2), “Araz Naxçıvan” (2:2), “Karvan” (1:1) və “Qəbələ” (2:2) ilə heç-heçə edib, “Qarabağ”ın əvəzedicilərdən ibarət komandasına isə 5:1 hesabı ilə qalib gəlib.


