Renan Santana “Sumqayıt”da

Portuqaliyanın “Famalikan” klubunun braziliyalı mərkəz müdafiəçisi Renan Santana bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər 3 illik müqaviləyə imza atıblar. Transferin digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Renan Santana Braziliyanın “Atletiko” (Mineyro) klubunun yetirməsidir. 21 yaşlı futbolçu yeni komandasında 5 nömrəli formada çıxış edəcək.

“Sumqayıt” bu yay Xeymes Almeyda, Jeam Oliveyra və Lukas Bleki də heyətinə qatmmış, həmçinin Emil Mustafayevin transfer hüquqlarını almışdı. Aleksandr Ramalinqom, Rayan Senhadji, Sənan Muradlı, Mehdi Cənnətov, Abdul Raşid Mumini və Nikola Ninkoviç isə komandanı tərk ediblər.

Sonda onu da vurğulayaq ki, 2026/2027-ci illər mövsümünün startına çox az qalmasına baxmayaraq, “Sumqayıt” transfer bazarında o qədər də fəal deyil. Böyük ehtimalla bu komanda yeni mövsümdə də iddialılar sırasında olmayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: