Futbol üzrə Belçika milli komandasının hücumçusu Mişi Batşuayi bundan sonrakı karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Arena.az xəbər verir ki, 32 yaşlı forvard Almaniyanın “Ayntraxt” klubundan Səudiyyə Ərəbistanının “Abha” komandasına keçib.
Transferi Səudiyyə klubu sosial şəbəkə hesabları vasitəsilə rəsmən açıqlayıb.
Tərəflər arasındakı müqavilənin maliyyə detalları, həmçinin Batşuayinin şəxsi müqaviləsinin şərtləri barədə məlumat verilməyib. “Transfermarkt” portalı təcrübəli hücumçunun hazırkı bazar dəyərini 2 milyon avro qiymətləndirir.
Mişi Batşuayi üçün “Ayntraxt”da keçirdiyi ötən mövsüm uğurlu alınmayıb. Belçikalı futbolçu bütün turnirlərdə cəmi 10 rəsmi matçda meydana çıxıb və yalnız 1 qol vurub.
Karyerası ərzində bir sıra tanınmış Avropa klublarında çıxış edən Batşuayi “Standard”, “Olimpik” (Marsel), Dortmund “Borussiya”sı, “Kristal Pelas”, “Valensiya”, həmçinin Türkiyənin “Beşiktaş”, “Fənərbağça” və “Qalatasaray” komandalarının formasını geyinib.
Onun karyerasındakı ən böyük uğur isə “Çelsi” ilə bağlıdır. Batşuayi 2016/2017-ci illər mövsümündə London klubunun heyətində İngiltərə Premyer Liqasının çempionu olub.


