Voleybol millimizin AÇ-2026 üçün yekun heyəti açıqlandı

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının qarşıdakı Avropa çempionatı (AÇ-2026) üçün yekun heyəti açıqlanıb.

Arena.az bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, Azərbaycan millisinin yekun heyətində aşağıdakı voleybolçular yer alıblar:

Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova;

Blokçular: Ayşən Abduləzimova (kapitan), Mariya Kirilyuk, Aynur İmanova;

Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva;

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova;

Baş məşqçi: Faiq Qarayev.

Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov.

Qeyd edək ki, AÇ-2026- nın C qrupunun oyunları avqustun 21-28-də Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: