Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının (AÇ-2026) C qrupunda ilk matçına çıxıb.
Arena.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Portuqaliya milli komandası ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının 3:1 (25:22, 23:25, 27:25, 25:20) hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, C qrupunun oyunları Azərbaycanda keçirilir. Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq.
Azərbaycan millisi turnirdə növbəti görüşünü avqustun 23-də İspaniya milli komandasına qarşı keçirəcək. Yığmamız qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparır.
Milli komandamız AÇ-2026-da bu heyətlə mübarizə aparır:
Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, Ayşən Abduləzimova (kapitan), Mariya Kirilyuk, Aynur İmanova, Kristina Besman, Raziyə Əliyeva, Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova.
Baş məşqçi: Faiq Qarayev.


