Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2026) C qrupunda növbətii oyununa çıxıb.
Arena.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ikinci turda İspaniya milli komandası ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının 3:0 (25:16, 25:22, 25:14) hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, C qrupunun oyunları Azərbaycanda keçirilir. Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Yığmamız qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparır.
Azərbaycan millisi turnirdəki ilk görüşündə Portuqaliya yığmasına 3:1 hesabıyla qalib gəlmişdi. Komandamız hazırda 6 xalla C qrupunun lideridir.
Milli komandamız AÇ-2026-da bu heyətlə mübarizə aparır:
Heyət: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, Ayşən Abduləzimova (kapitan), Mariya Kirilyuk, Aynur İmanova, Kristina Besman, Raziyə Əliyeva, Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova.
Baş məşqçi: Faiq Qarayev.


