Bril Embolo MLS klubunda

Fransanın “Renn” klubunun hücumçusu Bril Embolo bundan sonra karyerasını “Atlanta Yunayted”də davam etdirəcək.

Arena.az bu barədə ABŞ klubunun rəsmi saytına istinadən xəbər verir.

MLS təmsilçisi bu keçidi 15,4 milyon avroya rəsmiləşdirib. 29 yaşlı isveçrəli futbolçu ilə 4 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Bril Embolo “Renn”ə 2025-ci ilin yayında “Monako”dan 13 milyon avro müqabilində keçmişdi. O, “Renn”in heyətində 34 oyuna çıxıb, 10 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Embolo daha öncə Almaniyada “Borussiya” (Mönhenqladbax) və “Şalke”nin, İsveçrədə “Bazel”in, Fransada “Monako”nun da formasını geyinib. Kamerunda doğulsa da, İsveçrə yığmasında oynamağa üstünlük vermiş futbolçu 2015-ci ildə debüt etdiyi bu komandanın heyətində 92 oyuna 26 qol vurub, 20 assist edib.

“Transfermarkt” internet-portalı 29 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: