“Zirə” tarixində üçüncü 9 xallıq start

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/27 mövsümünün startı “Zirə”nin ardıcıl 3 oyunda qələbə qazanması ilə əlamətdar olub.

Arena.az xəbər verir ki, son üç mövsümdə ilk dəfə iştirakçılardan biri startda belə seriyaya imza atıb.

Sonuncu belə hadisə 2023/2024-cü illər mövsümünə təsadüf edib. Həmin vaxt da indiki kimi “Zirə” ardıcıl üç qələbəyə sevinmişdi. 2017/2018-ci illər mövsümündə də eyni göstəriciyə imza atmış Bakı klubu tarixində 3-cü dəfə ilk üç matçda xal itirməyib.

Ümumilikdə isə 35 mövsümdə 36 dəfə komandalardan biri ilk 3 görüşündə qalib gəlib. Belə uğura 18 fərqli klub nail olub.

Rəşad Sadıqovun rəhbərlik etdiyi qəsəbə təmsilçisi cari mövsümdə qazandığı 3 qələbə sayəsində hazırda 9 xalla vahid liderdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: